“SpeysX” şirkəti ABŞ kəşfiyyatı ilə gizli müqavilə bağlayıb.
Azadmedia.az verir ki, bu barədə Reuters mənbələrə istinadən məlumat yayıb.
Belə ki, şirkətin 2021-ci ildə ABŞ Milli Kosmik Kəşfiyyat Agentliyi ilə imzaladığı 1,8 milyard dollarlıq müqaviləyə əsasən, casus peykdən ibarət yüzlərlə şəbəkə yaradılacaq.
Qeyd edək ki, əgər görülən iş uğurlu olarsa, “SpeysX” ABŞ ordusunun Yer kürəsinin demək olar ki, hər yerində potensial hədəfləri tez aşkar etmək imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.