Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti məlum olub.
Bunu Baş prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair brifinqdə çıxışı zamanı deyib.
O qeyd edib ki, meyiti tapılan şəxslərdən 9 nəfərin kimliyi müəyyən olunub.
“Xocalı sakini, 1952-ci il təvəllüdlü Şiraslan Məmiş oğlu Nəcəfova aid olduğu müəyyənləşib”, - Orxan Rzayev bildirib.
O bildirib ki, aşkar edilmiş insan qalıqlarının torpaqda qalma xüsusiyyətlərinə görə onların 25 il bundan əvvəl qətlə yetirildiyi məlum olub. Qeyd olunub ki, 23 fevraldan 4 marta qədər Xocalıda aşkar edilmiş kütləvi məzarlıqda istintaq işləri aparılıb.
Məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində 9 nəfərin şəxsiyyəti müəyyən edilib:
1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il
2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il
3. Mahmudov Akif Seydulla oğlu – 01.06.1962-ci il
4. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il
5. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935-ci il
(Xankəndi şəhər sakinləri)
6. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il
7. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il
8. Məhərrəmova Bəsirə Vəli qızı - 01.06.1954-cü il
9. Nəcəfov Şiraslan Məlik oğlu - 1952-ci il
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.