Latviyanın “AirBaltic” aviaşirkəti İlon Maskın “SpaceX” şirkətinə məxsus olan “Starlink” peyk internetini öz təyyarələrində sınaqdan keçirən birinci Avropa kompaniyası olub.
Azadmedia.az xarici mediaya istinadla xəbər verir ki, əvvəlcə, Riqa hava limanında avadanlıqlar yerdə yoxlanılıb. “Airbus A220-300” təyyarəsinin bütün salonu internet kanalının gücünü sınayaraq 150 nəfər “AirBaltic” və “Starlink” əməkdaşı ilə doldurulub.
Belə ki, eksperimentdən sonra “AirBaltic” şirkətinin baş direktoru Martin Qauss bildirib ki, ilk sınaq yaxşı nəticələr verib.
Həmçinin aviaşirkət və həll provayderi indi bütün “AirBaltic” donanmasını “Starlink” internet bağlantısı ilə təchiz etmək üçün lazımi əlavə tip sertifikatını əldə etməyə çalışır. O, sərnişinlərə təyyarəyə mindikdən sonra internetə çıxış imkanı verəcək və həm yerdə, həm də səmada aktiv olacaq.
Latviya aviaşirkəti bəyan edir ki, internet bütün sərnişinlər üçün pulsuz olacaq.
2024-cü ildə “AirBaltic” ilk təyyarəsini “Starlink” avadanlığı ilə təchiz etməyi planlaşdırır. Aviaşirkət ilkin olaraq bu prosesə 2023-cü ildə başlayacağını düşünürdü, lakin sertifikatlaşdırmada gecikmələr səbəbindən son tarix təxirə salınmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.