AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 18-03-2024, 11:18

    Sutka ərzində baş verən cinayət və hadisələr

    DİN-in Mətbuat xidmətindən Azadmedia.az-a verilən məlumata görə,

    16-17 mart tarixlərində ölkə ərazisində qeydə alınan 129, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 68, o cümlədən borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Narkotiklərlə əlaqəli 70, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 111 nəfər saxlanılıb.
    ***

    *Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir*

    *Martın 16-da və 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 9 qumbara, 14 tüfəng və 248 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.*
    ***

    *Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir*

    *Martın 16-da və 17-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tapança, 14 tüfəng, 2 patron darağı və 11 ədəd patron aşkar edilərək götürülüb.*
    ***

    *Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 16-da və 17-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 3 tüfəng, 8 qumbara, 6 alışdırıcı, 30 patron darağı, 1555 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.*
    ***

    *Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 16-da və 17-də ümumi çəkisi 44 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.*

    *Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,3 kiloqrama yaxın heroin, 41,2 kiloqrama yaxın marixuana, 1 kiloqramdan çox tiryək, 600 qrama yaxın metamfetamin, həmçinin 220 ədəd metadon həbi olub.*

    *Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.*
    ***

    *Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə* metro stansiyasında bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş Heybət Yarəlizadə müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.
    ***

    *Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə* Zığ qəsəbəsindəki evlərdən birinin həyətindən 5500 manat dəyərində su çəni oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş İkram Mustafayev və Yasin İsmayılov saxlanılıblar.

    Araşdırma aparılır.
    ***

    *Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə* rayon ərazisində “VAZ-2107” markalı bir avtomobildən maqnitofon və səsgücləndiricilər, bir mağazadan isə 500 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sadiq Seyfullayev saxlanılıb.

    Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR