AzadMedia

Qurban Bayramınız mübarək

  • + A
  • - A
  • 1-08-2020, 13:01

    Qurban Bayramınız mübarək

    İnsanlar arasında həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban bayramı İslam dininin əsas bayramlarından biridir. Müsəlmanlar bu əlamətdar gündə Uca Yaradanın adına qurbanlarla Allaha yaxınlığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.
    Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra xalqımızın milli adətləri və dini ənənələri tezliklə bərpa edildi və dini bayramlarımız dövlət səviyyəsində qeyd olunmağa başladı. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir, mənəvi və dini dəyərlərimizə böyük ehtiram və sayğı ilə yanaşılır.
    Bu ilki Qurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə təsadüf etsə də, Azərbaycan xalqı hər zaman olduğu kimi öz həmrəyliklerni nümayiş etdirerek Qurbanlar kəsərək imkansız ailələrin sevindirdilər.

    Növbəti Qurbanların kəsildiyi məkanlar,edildiyi dular işğalda olan torpaqlarımızda olsun inşallah.

    Xanım Qədirova

    Salyan Uşaq Gəncler ve İdman idarəsində məşqçi müəllim.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    ]
    OXŞAR XƏBƏRLƏR

    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR