AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qarabağ” növbəti mərhələdə!

  • + A
  • - A
  • 12-08-2021, 22:09



    Bu gün “Qarabağ” Konfrans Liqasında növbəti matçına çıxıb.

    Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsi çərçivəsində AEL (Kipr) ilə cavab görüşünü keçirib.

    Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın ilk hissəsi qolsuz başa çatıb. Qurban Qurbanovun komandasına qələbə qazandıran qol 88-ci dəqiqədə vurulub. İkinci hissədə meydana daxil olan Ağdam klubunun yeni transferi Kadi Borqes "Qarabağ"a qələbə qazandıran qolu vurub - 1:0. Bu qələbə "atlılar"ı növbəti mərhələyə daşıyıb.

    Qeyd edək ki, “Qarabağ” pley-offda “Aberdin” (Şotlandiya) – “Breydablik” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.

    Avropa Konfrans Liqası 3-cü təsnifat mərhələsinin cavab oyunu

    12 avqust 21:00.

    “Qarabağ” (Azərbaycan) – AEL (Kipr) - 1:0

    Baş hakim: Kristo Tohver (Estoniya).

    Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

    İlk oyun – 1:1.

    “Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev

    Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 17. Panadero Zamora, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 20. Kadi Borqes, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev

    AEL: 1. Vozinya (k), 4. Andre Teyşeyra, 44. Kire Ristevski, 27. Robert Mazan, 13. Bruno Santos, 6. Slobodan Medoyeviç, 8. Davor Zdravkovski, 20. Sito Riera, 12. Stefan Skepoviç, 16. Manuel Torres, 17. Euller

    Ehtiyat oyunçular: 30. Antreas Keravnos, 98. Panaqiotis Kuriakou, 5. Tiyn Daverveld, 10. Franko Mazurek, 11. Alastair Reynolds, 15. Stilianos Panteli, 23. Vasilios Papafotis, 28. Kostas Soteriu, 50. Andriya Maydevaç, 73. Brayan Pele, 77. Matko Babiç


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR