Paytaxtın Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində 7350 abonentin qaz təchizatının yaxşılaşdırılması, təbii qaza olan tələbatın fasiləsiz və təhlükəsiz şəkildə təmin edilməsi məqsədi ilə istismar müddəti başa çatan qaz xəttinin yenilənməsi işləri həyata keçirilir. Vaxtı ilə polad boru ilə çəkilmiş qaz xətti diametri 250 mm, uzunluğu 828 metr olan polietilen boru ilə əvəz olunur. Bundan başqa, müxtəlif diametrli 400 metr uzunluğunda yan xətlərin çəkilməsi işləri də icra edilir. Təmir işlərinin qısa müddətdə başa çatdırılması məqsədi ilə sözügedən əraziyə çox sayda maşın-mexanizmlər və işçi qüvvəsi cəlb olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.