AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Finlandiya və Azərbaycan arasındakı dostluq münasibətlərinə həsr edilmiş tədbir həyata keçirilib

  • + A
  • - A
  • 9-08-2021, 20:20


    7 avqust 2021-ci il tarixində Finlandiyanın paytaxtı Helsinki şəhərində “Finlandiya və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib. “SunLines” gəmisində reallaşan tədbirdə Finlandiya ictimaiyyətinin nümayəndələri, millət vəkili Veronika Honkasalo, yazıçı Aulikki Oksanen, teatr direktoru Juha Kukkonen, bir sıra iş adamları, Türk-Finlandiya cəmiyyətinin nümayəndələri və Finlandiyada yaşayan azərbaycanlılar iştirak ediblər.

    Qonaqları salamlayan tədbirin təşəbbüskarı, Skandinaviya Azərbaycanlıları Kordinasiya Şurasının Finlandiya üzrə kordinatoru Ülviyyə Cabbarova tədbirin keçirilməsi ilə bağlı qarşıya qoyulmuş məqsədlərdən söz açıb. O, eyni zamanda 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı tarixi zəfərindən, uzun illər Azərbaycana qarşı Ermənistan tərəfindən həyata keçirilən işğalçılıq siyasətindən və onun dəhşətli nəticələrindən bəhs edib.

    Daha sonra Finlandiyada yaşayan soydaşımız, filoloq Aygül Rzayeva Azərbaycan tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri haqqında tədbir iştirakçılarına maraqlı faktlarla bol olan məlumatları qonaqların diqqətinə çatdırıb.

    Finlandiyada tanınmış film prodüserlərindən biri, 1980-ci illərdə Azərbaycana ilk dəfə səfər etmiş Aino Halonen öz təəssüratlarını tədbir zamanı bölüşüb. O, Azərbaycan tarixi və mədəniyyətinin zənginliyi, xalqının qonaqpərvərliyi haqqında öz xoş təəssüratlarını bölüşüb. Aino Halonen Qarabağ münaqişəsi dövründə və bundan sonrakı dövrdə də Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyini bildirdi.

    Tədbir müddətində Azərbaycan xalçalarına, mətbəxinə, Qarabağ atlarına və eyni zamanda Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərdən biri olan ekoloji cinayəti təsdiq edən Oxçuçay həqiqətlərini əks etdirən sərgi qonaqlara nümayiş etdirilib.

    Qarabağ atları sərgisinin müəllifi Dace Ştrasusa tədbirə dəvət aldığı üçün təşəkkürünü bildirdi və Qarabağ atları haqqında tədbir iştirakçılarına məlumatları çatdırdı. Çıxışın sonunda tədbirin təşkilatçısı Ülviyyə Cabbarova tərəfindən Dace Ştrausaya Azərbaycanla mədəni əlaqələrin daha da möhkəmlənməsi istiqamətindəki əməkdaşlığına və Qarabağ atları irsinin tanıdılmasındakı aktiv fəaliyyətinə görə Təşəkkürnamə təqdim edildi.

    Tədbirin bədii hissəsində milli opera və balet teatrının solisti Leyla Quliyevanın və Zuzu Zakarianın ifasında musiqilər təqdim edildi. Tədbiri maraqlı edən digər məqamlardan biri də Sevil Quliyevanın rəhbərliyi ilə Sarı gəlin musiqisinin sədaları altında Azərbaycan milli rəqsinin qonaqlara öyrədilməsi idi. Sonda tədbir iştirakçılarına təşkilatçılar tərəfindən milli hədiyyələr təqdim edildi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR