AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Əhalinin xeyli hissəsi 350-400 manat maaş alır" - Deputat

  • + A
  • - A
  • 19-11-2021, 11:04


    "İndi orta əmək haqqı 733 manatdır. Gələn il 808 manat, 2023-cü ildə 851 manat, 2024-cü ildə 896 manat, 2025-ci ildə isə 946 manat olacağı proqnozlaşdırılır. İqtisadi fəallığı lazımi səviyyədə yüksəldə bilsək, əmək haqqının orta məbləğinin 1000 manata yaxınlaşmasına 2025-ci ildə yox, onda tez nail olmaq olar".

    Bunu "Unikal"a açıqlamasında deputat Əli Məsimli deyib. Deputat bildirib ki, maaş və pensiyalar nə qədər çox olsa, əhali də bir o qədər yaxşı yaşayar.

    "Amma əhalinin xeyli hissəsi 350-400 manat maaş alır. Aşağı əmək haqqı olanların maaşlarının artırılması istiqamətində tədbirlər görülməlidir. Ciddi antiinhisar tədbirləri görmək lazımdır ki, artan əmək haqqı, pensiya, müavinət və digər ödənişlər inflyasiyanın yeminə çevrilməsin. Əmək məhsuldarlığının artırılması istiqamətində islahatlar həyata keçirmək lazımdır ki, əmək haqqının sürətlə artmasının iqtisadi əsasları yaransın".

    Ə.Məsimli qeyd edib ki, Azərbaycanda orta ömür uzunluğunun inkişaf etmiş ölkələrdəkindən xeyli aşağı olmasına baxmayaraq, pensiya yaşı həmin ölkələr səviyyəsindədir.

    "Artıq kişilərdə pensiya yaşı 65-dir. Qadınların da pensiya yaşı 2017-ci ildən artırılmağa başlayaraq 2027-ci ilə qədər 65 yaşa çatdırılacaq. Ölkədə pensiya yaşı qaldırılanda mən buna etirazımı bildirmişdim. Orta ömür uzunluğu Azərbaycandakından yüksək olan bir sıra ölkələrdə pensiya yaşı kişilər üçün 63, qadınlar üçün isə 60-dır. Azərbaycan üçün də həmin yaş həddini pensiya yaşı kimi daha uyğun hesab edirəm. Ona görə də kişilərin pensiya yaşı artıq 65-dir və geri qaytarmaq yəqin ki, mümkün olmayacaq. Amma qadınların pensiya yaşının 2027-ci ilədək 65-ə çatdırılması prosesi dayandırılmalıdır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR