AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası davam edir

  • + A
  • - A
  • 27-12-2023, 11:55

    İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası davam edir

    İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün ayrılan vəsait hesabına Tərtər rayonu ərazisində yerləşən Suqovuşan, Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarları, o cümlədən Tərtərçay sol sahil kanalının təmir-bərpası işləri başa çatdırılıb.

    Azadmedia.az xəbər verir ki, bu sözləri Dövlət Su Ehtiyatları Agentliyinin sədrimin müşaviri Əsəd Şirinov ilin yekunları ilə bağlı media nümayəndələrinin suallarını cavablandırarkən bildirib.
    Ə.Şirinovun sözlərinə görə Köndələnçay 1, Köndələnçay 2 və Aşağı Köndələnçay su anbarlarının təmir-bərpa işlərinin isə yaxın günlərdə tamamlanması nəzərdə tutulub:
    " Ötən müddət ərzində Laçın rayonu ərazisində yerləşən Zabuxçay su anbarının tikintisi davam etdirilmişdir. Qız qalası su anbarından sugötürən magistral kanalın, Həkəriçay və Bərgüşadçay su anbarları və onlardan qidalanan kanalların inşası işlərinə isə önümüzdəki illərdə başlanılması nəzərdə tutulmuşur. Qeyd olunan layihələr Azərbaycanda su təchizatı probleminin həllində çox böyük uğur olmaqla yanaşı regionların, xüsusən də Qarabağ və Şərqi Zəngəzur vilayətlərinin sosial-iqtisadi inkişafına önəmli töhfədir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR