AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hersoq Bakıya AZAL-ın “Şuşa” təyyarəsi ilə gəlib?

  • + A
  • - A
  • Bu gün, 08:39

    Hersoq Bakıya AZAL-ın “Şuşa” təyyarəsi ilə gəlib?

    İsrail Prezidenti İsxaq Hersoqun Bakıya səfəri ilə bağlı Türkiyə mediasında diqqətçəkən iddia yayılıb.

    AZTV-nin məlumatına əsasən, Türkiyə nəşrləri İsrail Prezidentinin oktyabrın 14-də AZAL-a məxsus sərnişin təyyarəsi ilə Türkiyənin hava məkanından keçərək Azərbaycana gəldiyini bildirir.

    İddiaların diqqət mərkəzində AZAL-ın “Şuşa” adını daşıyan “Boeing 787-8 Dreamliner” təyyarəsi dayanır. Uçuş məlumatlarına görə, VP-BBR qeydiyyatlı bort oktyabrın 14-də Təl-Əviv–Bakı marşrutu üzrə uçuş həyata keçirib və saat 15:37-də Bakıya enib.

    İsrail Prezidentinin qarşılanması ilə bağlı ilk aşkarlanan xəbərin saat 16:19-da yayılması isə əlavə suallar yaradıb. Təyyarənin enişi ilə xəbərin yayılması arasında cəmi 42 dəqiqə olub.

    Hersoqun məhz həmin təyyarə ilə Bakıya gəlib-gəlmədiyi və Türkiyə hava məkanından hansı şərtlərlə keçdiyi barədə yayılan məlumatlar müzakirə doğurub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR