Sosial şəbəkələrdə polis əməkdaşlarının küçədə vətəndaşlara yaxınlaşaraq onların vaksinasiya olunub-olunmadıqlarını yoxladıqlarına dair məlumatlar yayılıb. Yayılan məlumatlarda iddia olunur ki, polislər parklarda və digər ictimai yerlərdə insanlara yaxınlaşaraq peyvənd olunmadıqlarına görə onları polis bölməsinə aparırlar.
Məsələ ilə bağlı AzadMedia.az-a açıqlama verən DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
"Hər hansı formada polis əməkdaşlarının küçədə vətəndaşlara yaxınlaşaraq vaksinasiya olunmalarını tələb etmələrinə dair yayılan iddialar yalandır. Belə hal mövcud deyil".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.