Məhkəmə Hüquq Şurasına iki yeni üzv qəbul edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Məhkəmə Hüquq Şurasından məlumat verilib.
Məlumatda bildirilir ki, Məhkəmə-Hüquq Şurasında apellyasiya instansiyası üzrə 2 vakant yer mövcüd olub: "Həmin vakansiyalar üzrə Azərbaycan Hakimləri Assosiasiyaları İttifaqı tərəfindən namizədlər irəli sürülüb və həmin namizədlər sırasından Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev Məhkəmə-Hüquq Şurasının yeni üzvləri seçiliblər".
Xatırladaq ki, Məhkəmə Hüquq Şurasının 15 üzvü var. Şuranın sədri isə ədliyyə naziri Fikrət Məmmədovdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.