AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda şəkər qıtlığı var? - Açıqlama

  • + A
  • - A
  • 31-03-2022, 17:29

    Azərbaycanda şəkər qıtlığı var? - Açıqlama


    Bu gün şəkər tozu qıtlığının yaranması barədə məlumatlar yayılıb.

    Bununla bağlı "Azərsun"dan "Unikal"a bildirilib ki, regionun ən böyük şəkər istehsal müəssisəsi olan İmişli Şəkər Zavodu tam gücü ilə fəaliyyətini davam etdirir.

    "Kifayət qədər xammal ehtiyatı mövcuddur və istehsal prosesi plan üzrə davam edir. Müvafiq olaraq satış nöqtələri də tələbata uyğun olaraq şəkərlə təmin edilir. Yayılan xəbərlərin heç bir əsasının olmadığını bildiririk və bütün media mənsublarını belə bir həssas məqamda ajiotaja səbəb olmamağa çağırırıq", - deyə məlumatda vurğulanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR