AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ötən il ölkədə infeksion və parazit xəstəliklərin sayı kəskin artıb

  • + A
  • - A
  • 12-10-2023, 18:11

    Ötən il ölkədə infeksion və parazit xəstəliklərin sayı kəskin artıb

    Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda 28 min 435 nəfərə suçiçəyi diaqnozu qoyulub. Bundan öncə suçiçəyinə ən yüksək yoluxma sayı 2018-ci ildə qeydə alınmışdı – 15 min 870 yoluxma. Bu baxımdan aydın olur ki, 2022-ci ildə Azərbaycanda qeydə alınan suçiçəyi hallarının sayı indiyədək qeydə alınan ən yüksək göstərici ilə müqayisədə 79 faiz yüksək olub.

    2022-ci ildə yoluxma hallarında kəskin artım qeydə alınan digər bir xəstəlik qoturluqdur. İl ərzində ölkədə 1535 nəfərə qoturluq diaqnozu qoyulub. Bu, son 20 ildə qeydə alınan ən yüksək göstəricidir.

    2022-ci ildə pedikulyoz (bitlənmə) hallarının sayında da əvvəlki dövrlə müqayisədə artım olub. Ötən il 208 nəfərə pedikulyoz diaqnozu qoyulub. Bu, 2010-cu ildən bəri ölkədə qeydə alınan ən yüksək göstəricidir. (Azadlıq radiosu)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR