AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“WhatsApp” istifadəçilərinə PİS XƏBƏR

  • + A
  • - A
  • 16-11-2023, 16:00

    “WhatsApp” istifadəçilərinə PİS XƏBƏR

    "Google" artıq "WhatsApp" üçün limitsiz yaddaşın təklif olunmayacağını açıqlayıb.

    İstifadəçilər "Google One" abunəliyindəki yaddaş sahəsinə uyğun olaraq "WhatsApp"ın ehtiyat nüsxəsini çıxara biləcəklər.

    "WhatsApp" illərdir "Android" və "iOS" ekosistemində istifadəçilərinə ehtiyat imkanlar təqdim edir. Bu mövzuda; "iPhone" istifadəçiləri "iCloud" vasitəsilə, "Android" istifadəçiləri isə "Google Disk" vasitəsilə ehtiyat nüsxəsini çıxara bilər. "Google" və "WhatsApp" tərəfindən edilən birgə açıqlamada, "Google Drive" ehtiyat nüsxələrinin artıq limitsiz olmayacağı bildirilib.

    Qeyd edək ki, yaxın günlərdən etibarən istifadəçilər "WhatsApp" məlumatlarının ehtiyat nüsxəsini yalnız "Google" hesablarında saxlama yeri (15GB) qədər saxlaya biləcəklər. "Google" hesabında yaddaş yerini dolduran istifadəçi ya "Google One" paketi almalı, və yaxud bəzi məlumatlarını silməli olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR