AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nəsimi rayonunda 20 Yanvar faciəsinin otuz dördüncü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO

  • + A
  • - A
  • 19-01-2024, 14:22

    Nəsimi rayonunda 20 Yanvar faciəsinin otuz dördüncü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO


    Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə T.Həsənov adına 23 nömrəli
    tam orta məktəbdə 20 Yanvar facəsinin otuz dördüncü ildönümü ilə əlaqədar tədbir
    keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Asgərov, Aparatın
    məsul əməkdaşların QHT sədrləri, 20 Yanvar və Vətən müharibəsi şəhid ailələri və
    əlilləri, rayonun idarə müəssisə rəhbərləri, İctimai Şuranın üzvləri, rayon ictimaiyyətinin
    nümayəndələri, Ağsaqqallar Şurasının sədri və gənclər iştirak etmişdir. İlk öncə şəhid
    ailələri ilə süfrə arxasında səmimi söhbət edilmiş, T.Həsənov adına 23 nömrəli tam orta
    məktəbin girişində şagirdlərin hazırladıqları 20 Yanvar facəsinin otuz dördüncü
    ildönümünə həsr olunmuş rəsm sərgisi ilə tanış oldular.
    Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Azərbaycan
    Respublikasının suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik
    sükutla yad edildi.
    Tədbiri giriş sözü ilə məktəbin direktoru Nigar Hənifəyeva 20 Yanvar facəsinin
    əhəmiyyətindən danışdı.
    Sonra 20 Yanvar hadisələrini əks etdirən film təqdim olundu. Daha sonra tədbirdə
    məktəb şagirdlərinin ifasında ədəbi-bədii kompazisiyalar nümayiş etdirildi.
    Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxış edərək bildirdi ki,
    1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə
    qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər
    Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi.
    Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya,
    humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş
    kobud siyasi səhv kimi ifşa etdi.Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar
    Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-
    cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart
    ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr
    haqqında” Qərar qəbul etdi Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar
    faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və
    bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci
    ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib.
    Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar
    əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb.
    Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün
    Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında”
    Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.
    Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz
    ehtiramını bildirərək, Şəhidlərimiz kimi, onların analarının, ailələrinin də hər kəs üçün
    çox dəyərli olduqlarını diqqətə çatdırıdı. Adları Azərbaycan tarixinə qəhrəman kimi
    düşən şəhidlərimiz gənclərimiz üçün ən gözəl örnəkdir. Hər zaman xalqımıza qələbə
    sevinci, qələbə duyğusu yaşadan şəhidlərimizi daim qürurla yad edilik, eyni zamanda
    Vətən uğrunda övladlarını itirən valideynlərin, ailələrinin kədərlərini də bölüşürük. Şəhid
    analarına bütün xalqımızın fəxr etdiyi övladlar böyütdükləri üçün təşəkkür edildi.
    Tədbirin sonunda 20 yanvar faciəsi şəhid ailələri və əlillərinə ərzaq bağlamaları
    verilmişdir.
    Tədbirdə iştirak edənlər Azərbaycanın bu günkü sabitliyi, inkişafı və
    qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti
    İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
    Əliyevaya minnətdarlıqlarını bildirdiər.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR