AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Ermənilərin Qarabağdan getməsi onların könüllü seçimi idi" - Lavrovun müavini

  • + A
  • - A
  • 10-02-2024, 17:00

    "Ermənilərin Qarabağdan getməsi onların könüllü seçimi idi" - Lavrovun müavini

    "Qarabağ ermənilərinin bölgəni tərk etməsi onların könüllü seçimi idi".

    Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

    Onun sözlərinə görə, 2023-cü il sentyabrın 19-20-də baş verən döyüşlər nəticəsində Qarabağ tamamilə Bakının nəzarətinə keçib: "Sözügedən sentyabr hadisələri boş yerdə baş verməyib. Ermənistan tərəfi hələ 2022-ci ilin oktyabrında Aİ-nin himayəsi ilə Praqada keçirilən sammitdə Azərbaycanın, o cümlədən Qarabağın onun bir hissəsi kimi ərazi bütövlüyünü tanıyıb. Üstəlik, həmin dövrdə regionun erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsi həll olunmamışdı.

    İndi Qarabağ Azərbaycanın hüquqi bazasına inteqrasiya olunur. Təəssüf ki, Qarabağ ermənilərinin çoxu bölgəni tərk edib. Lakin bu, onların lakin könüllü seçimi idi. Bu baxımdan arzu edənlərin hüquqlarını və təhlükəsizliyini layiqincə təmin etməklə geri qayıtmaları üçün şəraitin yaradılması vacibdir. Biz bu prosesə, o cümlədən iştirakı böyük əhəmiyyət kəsb edən Rusiya sülhməramlı qoşunlarına hərtərəfli dəstək verməyə hazırıq".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR