AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yaxın Şərq işğal edildiyi gün Çinə qarşı savaş başlayacaq! - ANALİZ

  • + A
  • - A
  • 18-02-2024, 19:59

    Yaxın Şərq işğal edildiyi gün Çinə qarşı savaş başlayacaq! - ANALİZ

    Sonucu dəfə prezident İlham Əliyevin dünya müharibəsi haqqında həyəcan təbili çalması bu mövzuya diqqətləri cəlb etməyə bilməzdi. Artıq dünyanın neçənci rəhbəridir ki, 2025-ci ildə yeni dünyanın mövcud olacağını bildirir.

    Acığı, onların şifrəli informasiyalara girişi olduğundan nələrin baş verdiyini yaxşı bilmələri şübhə doğurmur.

    Amma sual yetişmişkən, nə baş verir dünyada?1. Bu il Yaxın şərqin müasir xəritəsindən böyük bir dəyişiklik olacaq!

    A) Təsəvvür edin ki, Yaxın Şərq dünya neft hasilatının 27 faizinə sahibdir və Yaxın Şərqin beş neft istehsalçısı dünyanın ilk on neft istehsalçısı sırasındadır. Bunlar Səudiyyə Ərəbistanı, İraq, İran, Birləşmiş Ərəb Əmirlikləri və Küveytdir.

    B) Region iqtisadiyyatı neft və qazla zəngin təbii sərvətlərə malikdir . Ərəb ölkələrində zəngin neft yataqları Qərb güclərini Yaxın Şərqə cəlb edir. ABŞ-ın son iki onillikdə Yaxın Şərqə təsiri bunun bariz nümunəsidir. Deməli, bu ölkələrə baxdıqda görə bilərik ki, onların böyük əksəriyyətində ya problem var, ya da baş vermək üzrədir.

    2. Səudiyyə Ərəbistanı, Misir, İran, İraq, Suriya və körfəz ölkələri – bunların cəlb edildiyi bir İsraillə savaş davam edir. Əslində isə belə bir məsələ yoxdur: qarşıdakı iki ildə Səudiyyə təslim olmalıdır.Əsas hədəf isə enerji ehtiyatlarını əldə edəndən sonra qərb koalisiyasının Çinə hücumu olmalıdır. Deməli, final görüşü Sakit okeanda baş verəcək. Bütün bunlar üçün Qərb əvvəlcədən Yaponiya və Cənubi Koreya kimi güclü müttəfiqlər və Tayvanla əməkdaşlıq quraraq, iki il əvvəl AUKUS adlı hərbi ittifaq yaratdı/ Britaniya, ABŞ, Zelandiya və Avstraliya…

    Dərhal sonra Britaniya Avropa ittifaqından da çıxdı. Beynəlxalq Strateji Araşdırmalar İnstitutu bildirib ki, Çin Rusiyanın Ukraynaya təcavüzündən dərs alır və hərbi və mülki səfərbərliyin inteqrasiyasına kömək edəcək hüquqi dəyişikliklər etməklə Hind-Sakit okean regionunda “uzun sürən” müharibəyə hazırlaşmağa başlayır. ABŞ-ı nə məğlub edə bilər?Bir neçə müasir ordu minlərlə kilometr məsafəyə malik nüvə silahlarından istifadə edir. Buna görə də ABŞ Birləşmiş Krallıq, Rusiya, Çin, Fransa, Hindistan, Pakistan, Şimali Koreya və İsrail (iddia edilir) kimi güclərin nüvə hücumuna qarşı həssasdır.Bu dəfə belə bir müharibə nüvə müharibəsi kimi yadda qalmalıdır.

    Süni intellekt və müharibə oyunları göstərir ki, ABŞ Tayvanı işğal etsəydi, Çini məğlub etmək ola bəlkə də: ‘Əgər Çin Tayvanı işğal etməyi seçsəydi, çox güman ki, ABŞ, Yaponiya və Tayvan qüvvələri tərəfindən məğlub olacaq, lakin bir neçə müharibə simulyasiyası aparan beyin mərkəzi ekspertlərinin fikrincə, böyük baha və insan itkisi ilə başa çatar.Belə vəziyyətdə, Çində insan itkisinin yeri doldurula bilər, lakin qarşı cəbhədə bu, belə deyil axı.Deməli, ümid qalır Hindistana.

    Prezident İlham Əliyev bax bu təhlükələri və təhdidləri görür. Növbəti böyük, qlobal oyunla bağlı Azərbaycanın ssenarini elə Münhen Təhlükəsizlik Konfransında da açıqladı:Dünyanı xilas etmək lazımdır!

    Əziz Əlibəyli,
    Beynəlxalq Münasibətlər üzrə şərhçi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR