AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AZAL Bakıdan Tel-Əvivə uçuşları bərpa edir

  • + A
  • - A
  • 8-03-2024, 14:00

    AZAL Bakıdan Tel-Əvivə uçuşları bərpa edir

    Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Tel-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir.

    Bu haqda “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, ilkin mərhələdə aviadaşıyıcı həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və bazar günləri reyslər həyata keçirəcək. Aprel ayından etibarən isə AZAL həftədə 9 dəfə uçuşlar yerinə yetirməyə başlayacaq.

    Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR