Türkiyədə 6,5 min insan koronadan öldü
![]()
Türkiyədə gün ərzində daha 49 nəfər koronavirusdan dünyasını dəyişib.
AzadMedia.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib.
Onun sözlərinə görə, bununla da Türkiyədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 6 min 511 nəfərə çatıb.
Nazir indiyədək koronaya yoluxanların sayının 274 min 943 nəfər olduğunu əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.