AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AMEA-nın işçisinə 13-cü imam “sertifikat”ı verildi

  • + A
  • - A
  • 28-09-2021, 15:20

    AMEA-nın işçisinə 13-cü imam “sertifikat”ı verildi

    Azərbaycan Milli Elmlər Akademiyasının işçisi olan xanıma 13-cü imam olduğunu “təsdiqləyən” “sertifikat” verilib. Məlumata görə, öncə xanımı inandırıblar ki, səndə qeyri-adi səmavi istedad var, adi insan deyilsən. Xanım da doğru olduğunu düşünüb, buna inanıb. Rəsmiləşdirməni tələb edib, nəticədə sertifikasiya ediblər.

    Məsələ ilə bağlı qadın hüquq-mühafizə orqanlarına müraciət edib. AMEA işçisinin vəkili Aqil Layıc Unikal.org-a açıqlamasında bildirib ki, “sertifikat” verən şəxslərin kimliyi bəllidir.

    "Hazırda iş üzrə istintaq aparılır. Qadına qarşı dələduzluq edən şəxslərin işi məhkəməyə göndəriləcək. "Sertifikat"ın verilməsi üçün AMEA işçisindən müəyyən miqdarda pul da alıblar".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR