AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski: Rusiyanın Kiyev vilayətinə zərbəsi zamanı Azərbaycan vətəndaşı həlak olub

  • + A
  • - A
  • Bu gün, 12:19

    Zelenski: Rusiyanın Kiyev vilayətinə zərbəsi zamanı Azərbaycan vətəndaşı həlak olub

    Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın Kiyev vilayətinə endirdiyi zərbə nəticəsində iki nəfər həlak olub, onlardan biri Azərbaycan vətəndaşıdır.

    Bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

    Onun sözlərinə görə, Xarkovda çoxmərtəbəli yaşayış binasına zərbə endirilib, nəticədə ikinci və dördüncü mərtəbələr qismən dağılıb:

    "Sumı, Rovno, Xarkov və Odessa vilayətlərində yaşayış binalarına zərbələr endirilib. Vinnitsa, Dnepr, Xmelnitski və Zaporojye vilayətlərində kritik infrastruktur hücumlara məruz qalıb".

    V.Zelenski əlavə edib ki, Kiyev də dron zərbələrinə məruz qalıb. Yaşayış binaları və yanacaqdoldurma məntəqələrinə ziyan dəyib.

    Onun sözlərinə görə, Odessa vilayətində Palau bayrağı altında üzən gəmi vurulub. Jıtomir vilayətində fabrikə ziyan dəyib: "Hazırda onlarla yaralının olduğu bildirilir. Təkcə Xarkova endirilən zərbə nəticəsində 28 nəfər, o cümlədən 9 uşaq xəsarət alıb. Faciəvidir ki, həlak olanlar da var. Kiyev vilayətində 2 nəfər həlak olub, onlardan biri Azərbaycan vətəndaşıdır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR