Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentleyinin maliyyə dəstəy ilə, Şəki Rayon İcra Hakimiyyətinin, Şəki Dövlət Regional Kollecinin, “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə 17 sentyabr 2024-cü il tarixində “Ana dilimizin saflığı” adlı layihəsinə həsr olunmuş tədbir keçirildi.
QHT.az xəbər verir ki, tədbirdə ilk öncə Azərbaycan xalqının qəlbində əbədiyaşar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. "Məhsəti" Şairlər Məclisi İctimai Birliyinin təqdim etdiyi layihə çərçivəsində keçirilən görüşdə mədəniyyət işçiləri, söz adamları və ictimaiyyət iştirak etdi. Çıxışlarda ulu öndər Heydər Əliyevin ana dilimizə tükənməz sevgisindən söhbət açılıb, ədəbiyyatçılar, şair və yazıçıların dilimizə gətirdiyi yeniliklərdən danışıldı. “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin Sədri Cəvahir Qaraqızı qeyd etdi ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyiyin dəstəyi ilə kiçik qrant müsabiqəsinin qalibi oldu. Layihə çərçivəsində Şəki şəhərində ana dilimizin saflığına dair maarifləndirici görüş təşkil olundu. Cəvahir Qaraqızı tədbir haqqında tamaşaçılara məlumat verdi.
Azərbaycanda ədəbiyyatımızın, mədəniyyətimizin yüksək səviyyədə inkişafından danışdı. Layihənin həyata keçməsi nəticəsində ana dilimiz, onun saflığının qorunmasına dair məlumat verildi. Ana dilinə diqqəti daha da artırılmasına dair məruzə olundu. Tədbirdə Şəki uşaq incəsənət məktəbinin şagirdləri Ömər Musazadəvə Ayşə Qasımzadə azərbaycan milli rəqslərini çox məharətlə ifa etdilər. “Məhsəti” ŞM İB rəqqas balaları Ömər və Ayşəni Diplomla mukafatlandırdı. Milli Məclisin 6-ci çağırış deputatı Vüqar İsgəndərovun köməkçisi Anar Nağıyev, Şəki Dövlət Regional Kollecinin metodisti Pərviz Zeynalov ana dili haqqında tamaşaçılara geniş maraqlı məlumat verdilər. Şəki Mədəniyyət Mərkəzinin aparıcı metodisti Nazilə xanım Qaffarova, Şəhid Elçin Nadirovun anası Rəmziyyə xanım, Vaqif İbrahim adına Folklor Evinin direktoru Rovzət Hacızəkəryəyev, Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin İctimayyətlə Əlaqələr Şöbəsinin rəhbəri Reyhan Miqdatovanın çıxışları alqışlarla qarşılandı.
\Şairlərdən Gülarə İncə, Tural Adışirin, Solmaz Elqızı sözlərini şeirləri ilə dedilər. 4 nömrəli Uşaq Musiqi Məktəbinin şöbə müdiri Məhsəti ŞM tədbirimizə təşkilatı dəstək olan Fərqanə Salamova , müğənni Kəmalə Musayeva öz məlahətli səsləriylə hər kəsin könlünü oxşadılar. 3 nömrəli musiqi məktəbinin şagirdi Ramil Əyyubov “Şuşanın dağları” “ Nədən oldu” mahnılarını ifa etdi. 4 nömrəli musiqi məktəbinin şagirdi Elmir Cəfərli Əlibaba Məmmədovun “Yaşa məhəbbətim” , “Min yaşasın” mahnıları ilə xüsusiylə qeyd edirəm ki, tamaşaçıları da bizi də heyran etdi. Əhsən belə isdedadlar yetişdirən müəllimlərə, musiqi məktəblərinə!
Şəki Mərkəzləşmiş Kitabxana Sisteminin əməkdaşı Dilbər Yaqubova çıxış etdi Cəvahir Qaraqızı “Əsrin Öndəri" antologiyasını kitabxanaya hədiyyə etdi. Tədbir boyu Tural Adışirin, Solmaz Elqızı, Dilbər Yaqubova, Reyhan Miqdatova Fəqanə Salamova, Kəmalə Musayeva, Ramil Əyyubov, Elmir Cəfərli “ Məhsəti” ŞM İB-nin Diplomu ilə mükafatlandırıldılar.
Sonda Cəvahir Qaraqızı Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentleyinə, Şəki İcra Hakimiyyətinin başçısı Elxan Usubova , İcra hakimiyyətinin əməkdaşı Sadiq bəyə, Şəki Dövlət Regional Kollecinin Direktoru Sərdar bəyə Nazilə xanıma , Fərqanə xanıma ,Şəmsiyyət xanıma , Rəmziyyə xanıma və tədbirdə əməyi keçən hər kəsə dərin təşəkkürlərini bildirdi.