AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT "Ana yurdum Azərbaycan” devizi altında vətənpərvərlik konserti keçirib - FOTOLAR

  • + A
  • - A
  • Dünən, 20:18

    QHT "Ana yurdum Azərbaycan” devizi altında vətənpərvərlik konserti keçirib - FOTOLAR

    “Bizim şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzi "Ana yurdum Azərbaycan” devizi altında vətənpərvərlik mahnılarından ibarət xor kollektivinin növbəti baxış konsertini keçirdi.

    QHT.az xəbər verir ki, bu barədə “Bizim şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzi İB- nin sədri Mətanət Zeynalova məlumat verib. Onun sözlərinə görə, “Bizim şəhər”Sumqayıt Sosial İnkişaf Mərkəzi İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sumqayıt məktəblilərinin xor kollektivi: vətənpərvərlik tərbiyəsi” layihəsini həyata keçirir. Məqsəd orta məktəblərdə uşaqların milli-mənəvi, estetik zövqlərinin vətənpərvərlik ruhunda yetişdirilməsinə kömək etməkdir. Layihə çərçivəsində 18 oktyabr 2024-cü il Sumqayıt şəhər N.Tusi adına 12 №-li tam orta məktəbinin xor kollektivinin baxış konserti keçirildi. Konsertdə 25 nəfərdən ibarət olan məktəb xor kollektivi: sözləri Sübhanə Nəciqızı, musiqisi Nailə Mirmmədliyə aid “Bu gözəl Vətən bizimdir”; sözləri, musiqisi H.Abdullayevə aid “Torpağın səsi”; sözləri Əhməd Cavad, musiqisi Emin Sabitoğluya aid “Can Azərbaycan”mahnılarını ifa etdi. Zaldakı məktəblilər alqışlarla mahnıları dinlədilər. “Bizim şəhər”Sumqayıt Sosial İnkişaf Mərkəzi İB-nin sədri Mətanət Zeynalova məktəb xor kollektivinin üzvlərinə hədiyyələr təqdim etdi. Məktəb xor kollektivini musiqi müəllimi Elmira Məmmədova hazırlayıb. O “Bizim şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzi İB-nin Fəxri Fərmanı ilə təltif edildi. Layihədə əməkdaşlığa görə N.Tusi adına 12 nömrəli tam orta məktəbin kollektivi “Təşəkkürnamə” ilə təltif olundu.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR