AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ana yurdum Azərbaycan” devizi altında xor kollektivlərinin baxış konsertləri başa çatdı - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 15:23

    “Ana yurdum Azərbaycan” devizi altında xor kollektivlərinin baxış konsertləri başa çatdı - FOTOLAR

    “Ana yurdum Azərbaycan” devizi altında vətənpərvərlik mahnılarından ibarət xor kollektivlərinin baxış konsertləri başa çatdı.

    QHT.az xəbər verir ki, “Bizim şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzi İB, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sumqayıt məktəblilərinin xor kollektivi: vətənpərvərlik tərbiyəsi” layihəsini həyata keçirir. Layihənin məqsədi orta məktəblərdə uşaqların milli-mənəvi və estetik zövqlərinin vətənpərvərlik ruhunda yetişdirilməsinə kömək etməkdir.

    Layihə çərçivəsində, 24 oktyabr 2024-cü il tarixində, Sumqayıt şəhər 8 №-li tam orta məktəbin xor kollektivinin baxış konserti keçirildi. Konsertdə 25 nəfərdən ibarət məktəb xor kollektivi aşağıdakı mahnıları ifa etdi: sözləri Xanım İsmayılqızına, musiqisi Cəlal Qurbanova aid “Məni atam qəhrəmandır”; sözləri Natiq Qubadoğluna, aranjmanı Fərahim Sadiq Qulubəyovaya aid “Qarabağ Azərbaycandır!”; sözləri Qabil Ədalətə, musiqisi Aytən Oktay qızına aid “Ulu Öndər”. Məktəblilər alqışlarla mahnıları dinlədilər.

    “Bizim şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzi İB-nin sədri Mətanət Zeynalova, məktəb xor kollektivinin üzvlərinə hədiyyələr təqdim etdi. Məktəb xor kollektivini musiqi müəllimi Günay İsgəndərova hazırlamışdır. O, “Bizim şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzi İB-nin Fəxri Fərmanı ilə təltif edildi. Layihədə əməkdaşlığa görə, Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbin kollektivi “Təşəkkürnamə” ilə təltif olundu.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR