Qazaxıstanda Azərbaycan təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğramasının səbəblərini araşdırmaq üçün Hökumət Komissiyası yaradılıb.
Bu barədə Qazaxıstan mətbuatı yazıb.
Baş nazir Oljas Bektenov prezident Kasım-Jomart Tokayevə mövcud vəziyyət barədə məlumat verib.
Hökumət başçısının mətbuat xidmətinin məlumatına görə, Tokayevə səbəblərin araşdırılması və zərərçəkənlərə yardımın göstərilməsi istiqamətində aparılan işlər barədə məlumat verilib.
Bildirilib ki, zərərçəkənlərə hərtərəfli dəstək vermək üçün hadisə yerində tədbirlər görülüb. Fövqəladə hallar səfərbər edilib, 430-dan çox canlı qüvvə və 80-ə yaxın texnika cəlb olunub.
29 nəfər xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərə lazımi tibbi, psixoloji və digər yardımlar göstərilir. Xilasetmə əməliyyatları davam edir.
Həmçinin bildirilir ki, Azərbaycan hökuməti ilə birlikdə əcnəbi vətəndaşlara və həlak olan sərnişinlərin ailələrinə lazımi köməklik göstərilir.
***12:33
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə qəzaya uğrayan təyyarə ilə bağlı dövlət komissiyası yaradılıb.
Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Ona baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edəcək.
Tokayev həmçinin Astanadan Aktauya həkimlərin göndərilməsini və zərərçəkənlərə bütün lazımi yardımların göstərilməsini tapşırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.