Veysəloğlu Şirkətlər Qrupunda mühüm kadr təyinatı baş tutub.
“Yeni Sabah” xəbər verir ki, Sənubər Nəzərova Korporativ Kommunikasiyalar Departamentinin müdiri vəzifəsindən Korporativ Kommunikasiyalar Direktorluğuna təyin edilib.
Ölkənin qeyri-neft sektorunda uğurla fəaliyyət göstərən Veysəloğlu Şirkətlər Qrupu pərakəndə satış, logistika, mağazalar şəbəkəsi və distribusiya sahələrində 30 ildir ki, fəaliyyət göstərir. Şirkət, müştəri məmnuniyyətini əsas tutaraq, bazarda dayanıqlı inkişaf strategiyasını həyata keçirməkdə davam edir.
Bu təyinatın Veysəloğlu Şirkətlər Qrupunun kommunikasiyalar sahəsindəki strategiyasının daha da gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.