“Gənclik” metrostansiyasının yaxınlığında, Bakının az qala mərkəzində, təxminən 19 hektar ərazidə bu gün Azərbaycan paytaxtının sakinləri üçün yeni ictimai məkan – müasir şəhər parkı istifadəyə verilib.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Bakının “Gənclik” metrostansiyasının yaxınlığında salınan yeni şəhərsalma sahəsinin - yaşıllıq parkının açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, paytaxtın Nərimanov rayonunda ölkə prezidentinin sərəncamı ilə Vaqif prospektinin Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində salınan yeni parkın açılışı olub.
Gələcək parkın ərazisi qəzalı binalardan təmizləndi, söküldükdən sonra parkın ümumi sahəsi 19 hektara qədər genişləndi.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, vətəndaşların yeni istirahət guşəsi piyada və velosiped yolları, uşaq əyləncə guşəsi və böyüklər üçün idman meydançasını özündə birləşdirən müasir istirahət kompleksidir, burada açıq havada idman üçün ən müasir məşq avadanlığı quraşdırılıb.
Yeni park doğrudan da yaşıllaşıb - onun ərazisində yaşıllıq zolaqları salınıb, avtomatik suvarma sistemi ilə suvarılan 20 mindən çox ağac və kol əkilib. Park müasir LED işıqlandırma sistemi ilə təchiz edilib və onun ərazisindəki asayişi videokameralar izləyir.
Burada tarixi inzibati bina qalıb, o, bərpa olunub, yaxınlıqda fəvvarə tikilib ki, bu da parka xüsusi gözəllik verir. Burada yeni parkı yaxınlıqdakı Dədə Qorqud parkı ilə birləşdirən yeraltı keçid də tikilib - bu, istirahət edənlərə iki yer arasında tamamilə təhlükəsiz hərəkət etməyə imkan verir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.