İşğaldan azad olunmuş Laçın rayonunun Sus kəndində fəaliyyətə başlamış məktəbin ilk məzunlarının hər biri tələbə adını qazanıb.
Belə ki, 2024-2025-ci tədris ilinin sentyabrında işğaldan azad olunmuş Laçın rayonunun Sus kəndində fəaliyyətə başlamış Sus kənd tam orta ümumtəhsil məktəbini bitirən 3 məzunun hər biri tələbə adını qazanıb.
Azad torpaqların azad məzunlarını təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.