AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT “Qiraət mədəniyyətinin formalaşdırılması” layihəsinin bağlanış tədbirini keçirdi - FOTOLAR

  • + A
  • - A
  • Dünən, 21:20

    QHT “Qiraət mədəniyyətinin formalaşdırılması” layihəsinin bağlanış tədbirini keçirdi - FOTOLAR

    “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Qiraət mədəniyyətinin formalaşdırılması" layihəsinin İsmayıllı, Ağdaş və Quba-Xaçmaz bölgələri üzrə bağlanış tədbiri baş tutdu.

    QHT.az xəbər verir ki, baglanış tədbirində 3 ay müddətində könüllülərimizin uşaqlarla canlı və onlayn şəkildə mütaliə apardığı "Balaca şahzadə" kitabının yekun müzakirəsi edildi. Uşaqlarla təbiətlə ünsiyyət və təfəkkür üzərinə proqram-oyun keçirildi. Sonda "Balaca Şahzadə" kitabı üzərindən təşkil olunan müsabiqədə qalib olan iştirakçılara kitablar hədiyyə olundu və sertifikatlar təqdim edildi. Həmçinin analarla da layihə müddətində onlayn formada mütaliəsi edilən "Balaca şahzadə" kitabının müzakirəsi edildi.

    QHT tədbirin təşkilində göstərdiyi dəstəyə və yaradılan şəraitə görə İsmayıllı və Ağdaş rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib.

    Fotolar











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR