Avqustun 29-da Elm və Təhsil Nazirliyində “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial – iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Təhsil” üzrə alt İşçi Qrupunun növbəti iclası keçirilib.
Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclas çərçivəsində təhsil sahəsində 2027-2030-cu illərdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar, strateji fəaliyyət istiqamətləri, əsas prioritetlər və hədəflər müzakirə olunub.
Qeyd edək ki, sözügedən İşçi Qrupunun məqsədi ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması istiqamətində təhsil sahəsi üzrə əsas prioritetlərin müəyyən edilməsidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.