AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Pediatriyada Refleksoterapiya” layihəsi çərçivəsində 10 təlim uğurla həyata keçirilib - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 21:53

    “Pediatriyada Refleksoterapiya” layihəsi çərçivəsində 10 təlim uğurla həyata keçirilib - FOTOLAR


    “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Pediatriyada Refleksoterapiya” layihəsi çərçivəsində 10 təlim mərhələsini uğurla başa vurub.

    QHT.az xəbər verir ki, layihənin əsas məqsədi — əlilliyi olan uşaqların sağlamlığının yaxşılaşdırılması istiqamətində anaların bilik və bacarıqlarını artırmaq, onları alternativ və tamamlayıcı terapiya üsullarından biri olan refleksoterapiya ilə tanış etməkdir.

    Təlimlər zamanı iştirakçı analara refleksoterapiya haqqında ümumi anlayışlar, bu sahədə istifadə olunan cihaz və alətlər, uşaq sağlamlığında refleksoterapiyanın rolu, refleksoterapiya metodları və onların tətbiqi qaydaları barədə ətraflı məlumat verilib. Eyni zamanda, refleksoterapiyanın uşaqlarda ağrıların azaldılması, immunsistemin möhkəmləndirilməsi, stres və narahatlığın azaldılması kimi müsbət təsirləri barədə praktiki biliklər təqdim olunub.

    Təlimlərdə iştirak edən analar yalnız nəzəri biliklərlə kifayətlənməyib, həm də praktik məşğələlərdə iştirak edərək refleksoterapiya texnikalarının tətbiqini yerində öyrəniblər. Bu, onların öz övladlarının reabilitasiya prosesinə daha fəal şəkildə qoşulmasına imkan yaradır.

    Layihə çərçivəsində keçirilən təlimlər 28 oktyabr 2025-ci il tarixinədək davam edəcək. Yekunda iştirakçılara sertifikatlar təqdim olunacaq və layihənin nəticələri ictimaiyyətə təqdim ediləcək.

    “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin nümayəndələri bildiriblər ki, bu cür layihələr valideynlərin bilik səviyyəsini artırmaqla yanaşı, uşaqların reabilitasiya prosesinə yeni nəfəs gətirir və ailələrin sosial inteqrasiyasına töhfə verir.

    Fotolar




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR