Mütəxəssislər televiziyalar, saytlar üzərindən danışaraq, 2026-cı ildə Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin qalxacağını proqnozlaşdırsalar da, bu sektorda yaxın 2 ildə qiymətlərin qalxacağını müşahidə etmək mümkünsüzdür.
Qarşıdakı illərdə evlərin qiymətinin kəskin qalxacağını gözləmək yersizdir, reallıqdan uzaqdır. Ola bilər bundan sonra da televiziyalar, saytlar daşınmaz əmlak bazarında qiymətlərin qalxdığına dair xəbərlər tirajlasınlar, amma bu real iqtisadi mənzərəni əks etdirmir."
Bu barədə Faktinfo.az saytına adının çəkilməsini istəməyən ev alqı-satqısı ilə məşğul olan şəxs (rieltor)onu da bildirib ki, evlərin süni şəkildə qiymətlərinin qalxmasında mətbuatın rolu az deyil.Olub ki, saytlarda yayılan xəbərlərdən sonra satıcılar satmaq istədikləri evlərə dair gözləmə mövqeyinə keçiblər. Bütün bunlar da son illərdə əmlak bazarında süni qiymət artımına səbəb olub.
Yəni hazırkı halda, istər köhnə 5 mərtəbəli binalarda, istərsə də, hündür mərtəbəli tikililərdə satışa çıxardılan evlər real bazar dəyərindən 20-30 faiz bahadır. Məsələn, hesablayanda köhnə tikili evlərin 1 kvadrat metrinin qiyməti 3 min manata, bəzi hallarda ondan da baha təklif olunur. Ona görə də,əmlak bazarında satış minimuma düşüb, durğunluq hökm sürür. Demək olar ki, satışda olan evlərin alıcıları yoxdur. Digər səbəbdən isə əvvəlki illərdə olduğu kimi əmlak bazarını canlandıran pul yoxdur. Əmlak alınması üçün qonşu ölkələrdən Azərbaycana göndərilən pulun həcmində iki dəfədən çox azalma var. Bu tendesiya hələ ki,davam etməkdədir.
Real dəyərləndirsək, yaranmış vəziyyət yaxın aylarda evlərin ucuzlaşacağından xəbər verir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.