AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xəlil Göyüşov: İşğal olunmuş torpaqları düşməndən azad etdirərək tarix yazan sərkərdə

  • + A
  • - A
  • 25-01-2021, 10:39



    Azərbaycan Prezidenti İlham ƏLİYEV: “Müharibə Ermənistanın yadından çıxmasın, unutmasınlar ki, dəmir yumruq yerindədir”

    Bildiyimiz kimi 30 ilə yaxındır ki, Azərbaycan Respublikasının torpaqlarının bir hissəsi təcavüzkar ermənilər tərəfindən işğal olunub. Bu hərəkətləri də ermənilərin nə qədər acgöz, təcavüzkar bir ölkəsi olduğundan xəbər verir və ölkələr arasında münaqişəyə səbəb olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bu münaqişəni sülh yolu ilə həll etmək istəsə də bəzi ermənipərəst ölkələr bu məsələni həll etmək istəmirlər. Minsk qrupu həmsədri olan üç ölkə Rusiya, Fransa və ABŞ işğalçı ölkə olan Ermənistana təzyiq etməyib. Əslində Minsk qrupu həmsədrləri BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləridir, istənilən məsələni həll edə bilərlər. Ancaq Minsk qrupu Ermənistanın Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmasına etiraz etmirlər. Biz bilirik ki, qanunsuz məskunlaşma beynəlxalq cinayətdir və Cenevrə konvensiyalarına ziddir. Təcavüzkar ölkə Ermənistan Dağlıq Qarabağ torpaqlarını zəbt etməsi ilə kifayətlənməyib dəfələrlə atəşkəsi pozub, digər şəhər və rayonlarımıza da göz dikiblər. Buna misal olaraq aprel və iyul aylarında olan döyüşləri göstərmək olar.

    Növbəti dəfə 27.09.2020-ci ildə ermənilər atəşkəsi pozaraq Azərbaycana hücum edərkən Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən rəşadətli ordumuz əks hücum əməliyyatına başladı. Əks hücum əməliyyatı zamanı rəşadətli ordumuzun şücaəti nəticəsində düşmənin layiqli cavabını verərək Azərbaycanın olan Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları ilə yanaşı 150-dən çox kəndini işğaldan azad etdilər. Rəşadətli ordumuz hal- hazırda digər rayonlarımızın alınması uğrunda döyüşlər aparır. Ermənistan dövlətinin bizim ordumuzla hərbi döyüşdən qorxduğunun əyani sübutu budur ki, onlar rəşadətli ordumuzun göstərdiyi müqavimətdən qorxaraq Cenevrə konvesiyalarına zidd olaraq mülki əhalini atəşə tutur. Ermənistan silahlı qüvvələri gecə saatlarında Gəncə şəhərini ballistik, Bərdə şəhərini S-300 raketləri ilə, Ağcəbədi, Tərtər, Goranboy, Naftalan və digər şəhər və rayonlarımızı atəşə tutaraq bir neçə nəfər mülki vətəndaşı qətlə yetirib, bir neçə nəfər vətəndaşı evsiz-eşiksiz qoyublar. Ən dəhşətlisi odur ki, mülki əhalini gecə saatlarında atəşə tutublar və neçə uşağı valideynsiz, neçə valideyni uşaqsız qoyublar. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində doqquz məktəbli həlak olmuşdur. Bu da ermənilərin nə qədər zəif, qəddar, vəhşi, zalım və təcavüzkar bir millət olmasından xəbər verir.

    Çox təəssüf hissi ilə bildirirəm ki, Dünya birliyi ermənilərin törətdiyi bu zalımlıqlara, terrorlara biganə qalır.

    Bütün bunlara baxmayaraq Azərbaycan Respublikasının Prezidentinin, tarix yazan sərkərdəsinin ölkəsi üçün göstərdiyi gücündən, düzgün apardığı siyasətdən güc alan rəşadətli ordumuz döyüş bölgəsində tökülən qanların qisasını düşməndən layiqincə alır.

    Bu gün ordumuzun göstərdiyi əzm, şücaət, döyüş, xalqımızın bir olması, güclü olması prezidentimiz İlham Əliyevin güclü olmasından ilhamlanaraq güclü olması deməkdir. Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşduğu üçün, üçrəngli bayrağımızı həmin torpaqlarda dalğalandırdığı üçün

    Azərbaycan Respublilasının Prezidenti İlham Əliyev cənabına və güclü hərbi ordusuna borcludur!

    Xəlil Göyüşov
    'Körpü-Bina Tikinti" MMC-nin rəhbəri


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR