AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sumqayıtda yoldakı “lyuk”a şam ağacı basdırılıb - Foto

  • + A
  • - A
  • 8-02-2021, 12:44



    Sumqayıt şəhəri, 9 və 10-cu mikrorayonların kəsişməsində avtomobil yolunda “lyuk”a basdırılan şam ağacının görüntüləri yayılıb. AzadMedia.az xəbər verir ki, fotodan da görünür ki, avtomobillərin sıx hərəkət etdiyi dairəyə sancılan ağac gediş-gəliş üçün təhlükə yaradır. Ağacın hansı məqsədlə əraziyə qoyulduğu məlum deyil.

    Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan ağacın ərazidə hansı şəraitdə basdırıldığını bilmədiklərini açıqladılar. Qeyd edildi ki, ərazidən keçən kanalizasiya xəttində ötən gün qəza baş verib. Təmir işlərindən sonra problem aradan qaldırılıb:

    “Dünən qeyd olunan ərazidə kanalizasiya xəttində baş vermiş qəzanın aradan qaldırılması üçün təmir-bərpa işləri aparılıb. Təmirdən sonra kanalizasiya quyusunun qapağının yolla eyni səviyyədə olması üçün betonlama işləri həyata keçirilib. Fotonun nə zaman və hansı şəraitdə çəkilməsi ilə bağlı məlumatımız yoxdur, lakin hazırda sözügedən yolda belə bir hal müşahidə olunmur”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR