AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DİQQƏT! Bu şəxslərdə ağır koronavirus infeksiyası və ölüm riski daha yüksəkdir

  • + A
  • - A
  • 4-05-2021, 14:20


    Bu gün ürək-damar xəstəlikləri olan insanlar üçün daha yüksək yoluxma ehtimalına dair inandırıcı dəlil yoxdur, ancaq onlarda ağır koronavirus infeksiyası və ölüm riski daha yüksəkdir.

    Bunu Səhiyyə Nazirliyinin baş kardioloqu Yusif Nağıyev deyib.

    O bildirib ki, Çin alimləri, mövcud ürək-damar xəstəliyinin (ÜDX-nin) ağır COVID-19 inkişaf riskini 3,5 dəfə artırdığını göstəriblər:

    "Əvvəlcədən ÜDX mövcud olan xəstələr arasında ölüm nisbəti, COVID-19-a yoluxan ümumi populyasiyadan 5 dəfə çoxdur. Xroniki ÜDX olan xəstələrin COVID-19-a yoluxması mövcud aterosklerotik piləyin cırılmasının yüksək riski səbəbindən miokard infarktının inkişafı ilə xəstəliyin gedişatını ağırlaşdırır. Bu, yoluxmuş xəstələrin ölüm riskini artırır. Öncədən ürəyin tac damarlarında invaziv və ya cərrahi əməliyyat olunmuş COVID-19 xəstələrində stent və şuntların trombozu riski artır. Bu səbəbdən ÜDX olan xəstələr yüksək risk qrupu hesab edilməlidir”.

    Baş kardioloq deyib ki, daha çox ağır xəstəlik və ölüm riski 60 yaşdan yuxarı, kişilər, piylənmə, arterial hipertenziya, diabet, ürək-damar xəstəliyi, xroniki ağciyər xəstəliyi, xroniki böyrək xəstəliyi, xərçəng və ya immunosupressiv vəziyyəti olan insanlar üçün müəyyən edilir. Siqaret çəkmənin ağır COVID-19 riskini artırmadığı diqqət çəkir: “Virus infeksiyasının simptomları ilə yanaşı xroniki ÜDX-ləri də kəskinləşir. Bu, hipertenziv xəstələrdə qan təzyiqinin artması, xroniki ürək çatışmazlığı olan xəstələrdə təngnəfəsliyinin artması, səyrici aritmiya tutmaların residivləşməsi və xroniki gərginlik stenokardiya ağrı həddinin azalması ilə özünü göstərir.

    Virus infeksiyalarında qan təzyiqi niyə yüksəlir? Bu, yüksək bədən hərarətin və damar divarının spazm qabiliyyətinin artımı ilə əlaqəlidir. Arterial hipertenziyası olan şəxslərə virus infeksiyasının müalicəsi zamanı kofein tərkibli dərmanlar (Panadol, Coldrex), fenilefrin əsaslı vazokonstriktor təsirli burun damcıları, antihistamin perparatlar, alkoqol spirtli içkilər, isti vanna qəbulu qadağandır. Yüksək arterial təzyiqi olan insanlar ağır COVID-19 risk qrupuna aiddir. Ancaq təyin olunmuş dərman peparatlarla arterial təzyiqinə nəzarəti bu təhlükəni azaldır. Məhz bu səbəbdən dünyadakı bütün ürək peşəkar cəmiyyətləri həyat üçün vacib dərmanların qəbuluna davam etməyi tövsiyə edirlər”.

    Y.Nağıyev qeyd edib ki, COVID-19-un ürəyə mənfi təsiri var: “COVID-19 kəskin miokard zədələnməsinə və digər yeni ürək fəsadlarına səbəb ola bilər. SARS-CoV-2-yə yoluxan xəstələrdə kəskin koronar sindromun inkişafı damarlar divarının iltihabı, tromboz və qan dövranının pozulması ilə əlaqədardır. Kəskin miokard zədələnmələrin 20-40%-i özünü sinə ağrısı, nəfəs darlığı, aritmiya kimi göstərir. COVID-19-da kəskin miokard infarktından (Mİ-dan) ölüm nisbəti 40%-dir. ÜDX simptomlarının xəstənin xəstəxanaya yerləşdirilməsi zamanı istənilən vaxt meydana gəldiyini qeyd etmək vacibdir, lakin bir qayda olaraq, onların riski qızdırma və ya virus infeksiyanın digər simptomlarının başlanğıcından sonra 15-ci gündən etibarən artır. Ürək-damar ağırlaşmalarının inkişafı adətən xəstənin tənəffüs vəziyyəti sabitləşdikdən və respirator statusunun yaxşılaşdıqdan sonra inkişaf edir. Qeyd etmək lazımdır ki, COVID-19 miokardda bir neçə ay qala bilər, buna görə COVID-19 keçirmiş xəstələrdə gələcəkdə ürək-damar ağırlaşmalarının artmasını gözləmək olar”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR