04 Avqust 2021-ci il tarixdə Millət Vəkili Məşhur Məmmədovun Masallı şəhər 70-saylı Seçki dairəsinə daxil olan ümumtəhsil məktəblərini bitirmiş və ali məktəblərdə təhsil alan tələbə qızlarla görüşü keçirildi.
Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü ilə yaradılan "Masallı Təhsil Fondu" bir ildirki imkansız ailələrin qız övladlarına maddi və mənəvi köməklik göstərir. Artıq tələbə qızlar 1-ci kurs imtahanlarını uğurla başa vurmuşlar.
Görüşdə Millət Vəkili Məşhur Məmmədov bütün tələbə qızları təbrik etmiş və bildirmişdir ki, rayonda yüksək biliyə malik müəllimlərə böyük ehtiyac var. Məhz buna görədə sizin hər biriniz, növbəti smestrlərdə ÜOMG-sı 61 bal və yuxarı olanlar Fondun imkanlarından istifadə edə biləcəklər. Ümüd edirəm ki, yeni dərs ilindən ali məktəblərə qəbul olunan tələbə qızlar Fondun imkanlarından yararlana biləcəklər.
Görüşdə tələbələrdən şəhid qızı Abbasova Xədicə İntiqam qızı, Eminova Şahnaz, Qədməliyeva Pərvin, Ağayeva Aytac, Məmiyeva Bəyim çıxış edərək Millət Vəkili Məşhur Məmmədova öz təşəkkürlərini bildirdilər.
H.Hüseynov
"Masallı Təhsil Fondu"nun direktoru
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.