AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Masallı Təhsil Fondu"nda tələbə qızlarla növbəti görüş keçirildi

  • + A
  • - A
  • 20-02-2021, 16:50


    Masallı Təhsil Fondunun direktoru Hüseyn Hüseynovun, Masallı Təhsil Fondunun əməkdaşı Rəmzi Şahverdiyevin və Masallı Təhsil Fondunun əməkdaşı Araz Şahverdiyevin təşkilatçılığı ilə 20 Fevral 2021-ci il tarixdə "Masallı Təhsil Fondu" ali məktəblərdə təhsil alan tələbə qızlarla ara məsafəsi saxlanılmaqla görüş keçirildi.

    Görüşdə tələbələrin I yarım ildə ali məktəblərdə imtahanların nəticələri müzakirə edildi, II yarım ildə tələbələrə uğurlar diləndi.
    Görüşdə Fondun üzvləri Şahbazova Mədinə, Yəhyayeva Sevil, Nəzərov Hekayət, Mahmudov Əkbər, Şahverdiyev Rəmzi, Abbasova Aynur, Abbaslı Fidan, Tağıyeva Əntiqə, Şahverdiyev Araz çıxış edərək tələbələrə II yarım ildə daha yaxşı nəticələr əldə etmələrini tövsiyyə etdilər.

    Görüş zamanı ADPU-nin tələbəsi Hüseynli Fatimə Elşən qızı, BDU -nin tələbəsi Ağayeva Aytac Cəbrayıl qızı və SDU-nin tələbəsi Rahmanova Ramilə Rabil qızı öz çıxışlarında "Masallı Təhsil Fondu"na minnətdarlıqlarını bildirdilər.
    Azərbaycan Respublikası Milli Məclisin Deputatı Məşhur Məmmədov görüşdə online iştirak etdi. Millət Vəkili Məşhur Məmmədov tələbə qızlara öz tövsiyyələrini bildirdi, onlara təhsildə uğurlar dilədi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR