AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır

  • + A
  • - A
  • 20-09-2021, 14:50


    Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında yerləşən Oba marketin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

    Xidmət rəsmisi Bəhruz Məhəmmədov Azadmedia.az-a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə 2 ağacın kəsildiyi, 3 ağacın isə düzgün budanmadığı müəyyən edilib.

    “Hazırda ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır”.

    Xidmət rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən media və ictimaiyyət nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə və sayıqlıqlarına görə təşəkkürünü bildirib.
    Qeyd edək ki, ağacların kəsilməsi barədə ictimaiyyəti jurnalist-bloqer Əzizə İsmayılova məlumatlandırmışdı. Əzizə xanım şəxsi facebook hesabında bu barədə ətraflı məlumat verib, videoçəkiliş edib. Ə.İsmayılovanın paylaşımını aşağıdakı linkdən izləyə bilərsiniz.

    https://www.facebook.com/1593357304/posts/10223782125173103/


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR