AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ATU-nun Tədris Terapevtik Klinikası ənənəvi fəaliyyətini yenidən bərpa etdi

  • + A
  • - A
  • 30-09-2021, 08:40


    Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası fəaliyyətini yenidən ənənəvi qaydada davam etdirəcək.

    “Qafqazinfo”nun məlumatına görə, bunu açıqlamasında Klinikanın direktoru Surxay Musayev deyib:

    “2020-ci ilin martından etibarən klinikamız mütəmadi olaraq koronavirus xəstələrinin müalicəsi üçün bağlanıb. Bu yaxınlarda biz yenidən hökumətin qərarı ilə çeşidləmə klinikası kimi koronavirusa yoluxmuş xəstələrlə məşğul olmağa başladıq. Artıq 2 gündür ki, bu məsələ də bizim tərəfimizdən başa çatdırılıb və onların çeşidlənərək digər qeyri-covid və ya koronavirusla mübarizə aparan xəstəxanalara, modul xəstəxanalarına köçürülməsini təmin etmişik. Klinikada dezinfeksiya işləri aparılıb və biz tələbələrimizi də, xəstələrimizi də qəbul etməyə hazırıq”.

    Xatırladaq ki, klinika ölkədə pandemiya ilə mübarizə çərçivəsində koronavirus xəstəxanasına çevrilmişdi və fəaliyyətini bu istiqamətdə təşkil etmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR