AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilir

  • + A
  • - A
  • 30-09-2021, 10:22

    Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilir

    DİM ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə sentyabrın 29-dan oktyabrın 3-dək ixtisas seçimi elan edir.
    Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se¬çiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
    Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.
    Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəs¬sisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi 2021-ci il sentyabrın 29-dan oktyabrın 3-ü saat 23:59-dək in¬ter¬net vasitəsilə aparılır. İxtisas seçmək hü¬ququ olan abi¬tu¬ri¬yent orta ixtisas təhsili müəssisələ¬rinin dövlət hesa¬bı¬na və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodu¬nu seçib https://eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən "Abituri-yentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.
    İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəy¬yənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabi¬qədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
    Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.
    Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.
    Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar:
    • Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.
    • Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.
    Jurnalın elektron versiyasını da (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).


    DİM-in mətbuat xidməti
    Tеl: (+99 412) 502-47-53 (dax. - 142)
    E-mail: press@dim.gov.az; http://dim.gov.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR