AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İşğalçılığı özü üçün prioritet hesab edən uğursuz dövlət-Ermənistan.

  • + A
  • - A
  • 30-09-2021, 12:17


    Uzun illər sonra Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edib, erməni təcavüzkarlarınının “sarsılmazlıq” mifologiyasını cəmi 44 gündə-Vətən müharibəsi zamanı məhv etməsi bizim yeni tarixi Qələbəmizdir. Müharibədən öncə dəfələrlə Ölkə Prezidenti cənab İlham Əliyev beynəlxalq tribunalardan humanist fikirlər səsləndirib, erməni silahlı qüvvələrinin sülh şəraitində dədə-baba torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Əfsuslar olsun ki, bir sıra beynəlxalq təşkilatlar və Ermənistan siyasi rəhbərliyi məhz bu fikirlərə-Qarabağ məsələsinin sülh yolu ilə həll olunmasına laqeyd yanaşırdı. Prezident İlham Əliyevin 2021-ci il 27 sentyabr tarixində Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibəsində dövlətimizin başçısı bir daha ictimaiyyətin diqqətinə çatdırdı ki, İkinci Qarabağ müharibəsinin başlanmasına görə məsulliyət Ermənistan siyasi rəhbərliyinin üzərinə düşür. Çünki erməni propoqondası daim öz çirkin niyyətlərini həyata keçirməkdə maraqlı olmuşdur. Prezident İlham Əliyevin müsahibə zamanı Rəsmi İrəvanın səriştəsizliyinin və məkrli niyyətlərinin Ermənistanı qaçılmaz məğlubiyyətə gətirdiyini söyləməsi reallıqdır. Bir il əvvələ qayıdarkən, bütün bu prosesləri, bütün bu hadisələri daha da dəqiq təhlil etmək imkanı yaranır. Görünür ki, Ermənistan rəhbərliyi, hakimiyyətə yeni gəlmiş rəhbərlik hansısa hərbi uğurla da öyünmək istəyirdi, hansısa hərbi uğur əldə etmək istəyirdi. Ancaq hesablamaları çox səhv apardılar, çox böyük xəta törətdilər və bunun nəticəsində acı məğlubiyyətə uğradılar. Qarabağ məsələsi ilə əlaqədar yaradılmış Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvü olsada öz missiyasını layiqincə yerinə yetirmədi və Ermənistan 30 ilə yaxın bir müddətdə öz məkirli siyasətindən əl çəkmədi. Yəni, baxmayaraq ki həmin ölkələr dünya miqyasında ən güclü ölkələr sayılır. Prezident İlham Əliyevin öz praqmatik və rasional siyasəti nəticəsində Ermənistan-Azərbaycan arasında başlayan hərbi münaqişə Azərbaycanın 30 illik Vətən həsrətinə son qoydu. Bəli, Ölkə rəhbərinin söylədiyi kimi əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Eyni zamanda Beynəlxalq hüququn tələblərinə uyğun olaraq Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi. Beynəlxalq təşkilatların sanksiyaları savaşın qarşısını ala bilərdi. Çünki bu sanksiyalar Ermənistan üçün böyük çətinliklər yaşadacaqdı və onlar məcbur olub bizim torpağımızdan çıxacaqdılar. Rəsmi İrəvan 30 il ərzində münaqişənin sülh yolu ilə həll olunmasından yayınırdı.Ümumilikdə müharibənin başlaması üçün səbəblər olduğu kimi, bu müharibədə Qələbə əldə etmək üçün də xüsusi amillər vardır ki, onlar müdrikcəsinə həyata keçirilməlidir. Təbii ki, müharibənin başlanmasına səbəb tarixi boyu Azərbaycan torpaqlarının işğala məruz qalması, mənfur işğalçılıq siyasətinin son vaxtlaradək davam etdirilməsi, soydaşlarımıza qarşı daim vandalizm aktının həyata keçirlməsi, milli-mədəniyyət abidələrimizin, məscidlərimizin məhv edilməsi və bunun nəticəsində Qarabağ bölgəsinin və ətraf 7 rayonumuzun düşmənin qanunsuz nəzarətinə keçməsi məsələləri idi. Bu ədalətsizliklə nə Ölkə rəhbəri, nə də ki Azərbaycan xalqı heç cür barışa bilməzdi və barışmadı. İkinci məsələ ilə əlaqədar qeyd etdiyim Qələbəyə səbəb olan amillər isə müasir Azərbaycanın memarı, Yeni Azərbaycan Partiyasının qurucusu Ulu öndər Heydər Əliyev kursunun layiqli davamçısı cənab İlham Əliyevin 17 illik Prezidentlik fəaliyyəti dövründə ölkənin bütün sferalarında həyata keçirdiyi uğurlu islahatlardır. Həmin illər ərzində ölkə iqtisadiyyatının müsbət göstəricilərinin 3 dəfə artması, müasir texnika, silah-sursatla təmin olunmuş güclü nizami Ordunun formalaşdırılması, həmçinin ölkəmizin dünyanın kosmik klubuna qoşulması və nəticə etibarilə 2 telekommunikasiya və 1 müşahidə peykinin yaradılması, xüsusilədə müharibədə iştirak edən rəşadətli hərbi qulluqçularımızın mütləq əksəriyyətinin dövlət başçısı cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə milli vətənpərvərlik ruhunda yetişməsi müharibə zamanı bizə əlverişli imkanlar yaratmışdır ki, məhz qeyd etdiklərim bizim parlaq Qələbəmizi şərtləndirən əsas amillər olmuşdur.

    Ölkə Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyev son günlərdə Türkiyə, Fransa və digər dövlətlərin televiziya kanallarına müsahibəsi zamanı bir daha Ermənsitan siyasi rəhbərliyinə ciddi mesaj vermişdir ki, həqiqətən də onlar məsələnin ciddiliyini anlamalı və əgər növbəti dəfə səhv addım atıb revanşist fikirlərə düşərsə daha böyük fəlakətlə qarşılaşacaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR