AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağ Dirçəliş Fondu aparıcı biznes qurumları ilə görüş keçirib

  • + A
  • - A
  • 8-10-2021, 13:06


    7 oktyabr 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondunun iri sahibkarlıq subyektlərinin rəhbərləri ilə görüşü keçirilib.
    Ölkədə fəaliyyət aparan biznes qurumlarının iştirakı ilə keçirilən tədbirdə iqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri, Müşahidə Şurasının üzvü Muxtar Babayev, Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış ediblər.
    Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizin azad edilməsi kimi mühüm missiyanı böyük Zəfərlə başa çatdırıb. Qeyd edilib ki, Vətən Müharibəsindən sonra yeni çağırışlar yaranıb, işğaldan azad edilmiş ərazilərimizin bərpası və dirçəldilməsi mühüm vəzifə kimi qarşıya qoyulub.
    Görüşdə Fondun yaranma məqsədi, fəaliyyət istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verilib. Qarabağın bərpası istiqamətində görüləcək işlərə dəstək göstərilməsi, cəmiyyətdə ianə mədəniyyətinin geniş təbliği kimi məsələlərin əhəmiyyətindən bəhs olunub.
    Tədbir iştirakçıları ilə işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görüləcək işlər, o cümlədən Qarabağ Dirçəliş Fondunun bu sahədə fəaliyyəti barədə geniş müzakirələr aparılıb.
    Müzakirələrdə biznes qurumları ilə əməkdaşlığın genişləndirilməsi, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi, cəmiyyətin həmrəylik göstərərək işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlərə cəlb olunmasının vacibliyi vurğulanıb.
    Bu məqsədlə, donor olmayan tədbir iştirakçıları ianə edərək Qarabağda aparılan bərpa və yenidənqurma işlərinə töhfə verməyə dəvət olunub.
    Tədbirdə dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” filmi nümayiş olunub.
    Tədbirdə işğaldan azad olunmuş ərazilərimizdə görülən işlərə dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edən donorlara – Caspian Drilling Company, BOS Shelf, Cinema Plus, Zeytun Pharmaceuticals, AS Group Investment, Bakcell, Norm, Paşa Holdinq, Stevedoring, Paşa Sığorta, Paşa Həyat Sığorta, Embawood, Modenis, ANC Group, Bakelektro, Baku Cable Goknur, Grandmart, Azgranata, North West Construction, Tabaterra şirkətlərinə “İanə Sertifikatı” təqdim olunub.
    Görüşdə donor şirkətlərlə yanaşı, digər aparıcı biznes qurumlarının- Azərsun Holdinq, Veysəloğlu Şirkətlər Qrupu, ISR Holdinq, Tekfen Construction, Evrascon, Cahan Holdinq, ARASH Medical Company, Avromed, Azvirt, Avrora, Azərbaycan Sənaye Korporasiyası, Aspi-Agro, OMG international, Kontakt Home, Optimal Elektronika, Best Comp, Nobel Oil Services şirkətlərinin rəhbərləri də iştirak ediblər.
    Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR