Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi baş tutub.
AzadMedia.az manset.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Sabunçu Rayon Polis İdarəsinin
Cinayət-axtarış Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Sadiq Həsənov tutduğu vəzifəsindən azad olunaraq Sabunçu Rayon Polis İdarəsinin
Cinayət-axtarış Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.