Bir neçə gün öncə saytımıza Bakı Xoreoqrafiya Akademiyasının bir qrup müəllimin adından şikayət məktubu dərc olunmuşdu. (Link
http://azadmedia.az/cemiyyet/43979-bak-xoreoqrafiya-akademiyasnn-bir-qrup-uzvu-ozbanalq-hrc-mrclikdn-ikayt-edir.html)
Qarşı tərəfin cavabı özünü çox gecikdirdirmədi. Obyektivlik naminə qarşı tərəfin cavabını hər iki dildə təqdim edirik:
Azərbaycan Respublikası Mədəniyyət Naziri Anar Kərimov Cənablarına,
Azadmedia.az. saytında dərc olunan məktuba cavab qismində
Açıq məktubBiz, aşağıda imza edənlər, Bakı Xoreoqrafiya Akademiyasının kollektivi, azadmedia.az. saytında dərc olunmuş məqalədən hiddətlənirik. Bu, Akademiyamıza və onun rəhbərliyinə qarşı alçaldıcı və yalan bir böhtandır. Gələcəkdə əleyhimizə hər cür ittihamlar eşitməmək üçün deyilənlərin hamısına bütün punktlarla aydınlıq gətirən və deyilənlər təxzib etmək istəyirik:
1.Azərbaycan Respublikasının Əməkdar artisti Sənan Hüseynli 2015 –ci ildən Akademiyada kafedra müdiri vəzifəsində çalışır və həmin vaxt rektor vəzifəsində olan T.Əfəndiyev tərəfindən bu vəzifəyə təyin edilib.
T.Əfəndiyev rektor vəzifəsindən uzaqlaşdırıldıqdan sonra,onun yerinə rektor vəzifəsini icra edən Ə.Qarayusifli tərəfindən Sənan Hüseynli dekan vəzifəsinə seçilmişdir. Eyni zamanda Yeganə Tapdıqova (tədris şöbəsinin müdiri) və Tahir Eynullayev (kollecin direktoru) Ə.Qarayusifli vaxtında bu vəzifələrə təyin edilmişdilər.
Belə bir təəssürat yaranır ki, bu böhtançı yazını yazanlar müəyyən hadisələrin nə vaxt və hansı illərdə baş verdiyini anlamadan, sadəcə olaraq çılpaq faktlarla çıxış edir. Məsələn, məqalə müəllifləri bilmir ki, Tahir Eynullayev əməkdar artist deyil (çox təəssüf edirik). Buna baxmayaraq o, uzun illər İncəsənət Gimnaziyasında xoreografiya kafedrasının müdiri olub və bu sahədə böyuk təcrübəyə malikdir, bu da ona kollecin direktor vəzifəsində sədakərlıqla işləməyə imkan verir.
2.Müəllimlərin dərs yükünün azaldılmasına gəlincə isə, bu növbəti böhtandır. Bu tədris ilində bütün müəllimlər artıqlaması ilə dərs yükü ilə təmin olunublar.
“Qohumlar və dostlar”sözünə gəlincə isə onların hamısı Nailə Məmmədzadənin kolleqalarıdır və bir çoxu ölkə Prezidenti tərəfindən təltif edilmişlər və Azərbaycanın əməkdar incəsənət xadimləridirlər. Onlardan savayı kim azərbaycan baletini yüksəklərə qaldıra bilər ki?
3.Yeganə Əliyeva ilə bağlı məsələ isə son dərəcə sadə və aydındır.Yeganə xanımı heç kim işdən çıxarmayıb, onun müqaviləsi bitib və daha uzadılmayıb, hər şey qanunvericiliyə uyğundur.
4.İndi isə keçək kabinetin interyerinin təşkili məsələsinə. T.Əfəndiyev dövründən bu yana heç bir dəyişiklik olmayıb. İnteryer hələ də eynidir. Kabinetdəki yenilik, Nikolay Tsiskaridze tərəfindən hədiyyə olunan balet kitablarıdır. Lakin müəllimlər üçün o (N.Məmmədzadə), həqiqətən də əlindən gələni etmişdir. Nailə xanımın bu vəzifədə olduğu çox qısa müddət ərzində, bir aydan da az vaxt ərzində, soyunub-geyinmə otağı və istirahət otaqlarını təchiz edib. Buna görə ona cox minnətdarıq.
Və sonda onu qeyd etmək istərdik ki, Nailə Məmmədzadə Bakı Xoreoqrafiya məktəbinin məzunudur və bizim bütün ehtiyaclarımızı və arzularımızı yaxşı bilir.
Kollektiv çox ümid edir ki, N.Məmmadzadə bizim də dəstəyimizlə, Akademiyada mövcud olan problemlərə sinə gərərək, Azərbaycan baletini dünya səviyyəsinə qədər yüksəltməyə bacaracaq.
Azərbaycan respublikasının xalq artisti Qasımov Yusif
Cemile Bayramova Xalg Artisti, Milli regs kafedrasinin muduru
Azərbaycan respublikasının əməkdar artisti İskəndərova Rimma
Azərbaycan respublikasının əməkdar artisti Qasımova Səbinə
Azərbaycan respublikasının əməkdar artisti, BXA-nın baş müəllimi Cəfərova Eteri
Azərbaycan respublikasının əməkdar incəsənət xadimi, dosent Məmmədova Rimma
Azərbaycan respublikasının əmakdar işçisi Gutlyanskaya Lyudmila
Tam orta təhsil pilləsi direktoru Hüseynova Bəşarət
“ Klassik rəqs” kafedrasının müdiri, Azərbaycan respublikasının əməkdar işçisi Almaszadə Mayra
“Baletmeyster sənədi” kafedrasının müdiri, fəlsəfə doktoru,professor Həsənova Lyudmila Azərbaycan respublikasının əməkdar müəllimi Agalliyay Pellumb
Tam orta pilləsinin xüsusi fənnlər üzrə direktor müavini Əliyeva Kamilə
Həmkarlar ittifaqının sədri Tahirova Xatirə
“Baletmeyster sənədi” kafedrasının laborantı Vəliyeva Sevda
Akademiyanın muəllimləri: Zaur Fətulla
Mustafayeva Ekaterina
Həsənova Ülviyyə
Nəzərova Mehriban
Çernousova Yelena
Zülfüqarova Reyhan
Çirkina Natalya
Alimova Milena
İslamova İnara
Quliyeva Çinarə
Babayeva Gülnarə
Zülfüqarova Leyla
Məlikova Naibə
Çerevatova Yelena
Zöhrabbəyova Lalə
Şirinova Sevda
Dadaşbəyova Naidə
Mustafayeva Nərminə
Əkbərova Süsən
Məcidova Leyla
Rəsulova Cəmilə
Axundova Sevda
Axundova Səidə
Kərimova Leyli
Kərimova Səadət
Hüseynova Rəhimə
Hüseynli Lalə
Əmirxanova Ayla
Məmmədova Rəna
Kərimova Gülnarə
Səfiyeva Şəlalə
Sultanova Səbinə
Nəcəfzadə Sevda
Haciyeva Kamilla
Qafarova Jalə
Rufullayeva Solmaz
****
Открытое письмо министру культуры Азербайджанской Республики Анару Керимову в ответ на письмо, опубликованное на сайте azadmedia.az
Мы, нижеподписавшиеся, коллектив Бакинской Хореографической Академии возмущены статьей, опубликованной на сайте azadmedia.az. Это - гнусный и лживый пасквиль на нашу Академию и её руководство. Чтобы впредь не слышать всевозможные обвинения в наш адрес, будет лучше по пунктам опровергнуть все сказанное и расставить все точки над и.
1.Санан Гусейнли- заслуженный артист Азербайджана, работает в Академии с 2015 год на должности заведующего кафедры и был назначен на эту должность Т.Эфендиевым, являющимся на тот момент ректором. После того, как Т.Эфендиев был снят с должности ректора, на его место был назначен и.о.ректора А.Гараюсифли , в бытность которого Санан Гусейнли был избран деканом .Точно также Егана Таптыгова (заведующая учебной частью) и Таир Эйнуллаев (директор колледжа) были назначены при А.Гараюсифли.
Возникает ощущение ,что тот кто писал эту лживую статью просто апеллирует голыми фактами, не разбираясь когда и в какие годы происходили те или иные события. Например, автор статьи не знает, что Таир Эйнуллаев (к нашему огромному сожалению) не является заслуженным артистом, тем не менее, он многие годы был заведующим отделом Хореографии в Гимназии искусств и имеет огромный опыт работы в данной сфере, что позволяет ему самоотверженно трудиться на посту директора колледжа.
2.Что касается сокращения нагрузки педагогам, то и это очередная клевета. В этом учебном году все педагоги были обеспечены педагогической нагрузкой сполна.
По поводу так называемых “родственников и подруг”, то все они коллеги по цеху Наили Мамед-заде и многие из них отмечены Президентом страны и являются заслуженными артистами Азербайджана. Кто как не они должны поднимать балет на должный уровень.
3.Вопрос о Егане Алиевой предельно прост и ясен. Егану ханум никто не увольнял, срок её контракта истёк и далее не был продлен, всё согласно законодательству.
4.Теперь, то что касается обустройства интерьера кабинета: никаких изменений со времен Т.Эфендиева не произошло. Интерьер все тот же. Новое в кабинете- это балетные книги подаренные Николаем Цискаридзе. А вот для педагогов Наиля ханум действительно постаралась. За очень короткий срок, менее чем за месяц, который она находится на этом посту, ей удалось обустроить педагогам раздевалку и комнату отдыха, за что мы ей премного благодарны.
И напоследок, хотелось бы отметить, что Наиля Мамед-заде выпускница Бакинского Хореографического Училища и хорошо знает о наших нуждах и чаяниях. Коллектив очень надеется, что ей удастся с нашей поддержкой справиться с проблемами, существующими в Академии и поднять азербайджанский балет на мировой уровень.