Amnistiya Aktının imzalandığı gündən 1 gün sonra, yəni 6 noyabr tarixində Penitensiar Xidmətin üzrə 36 nəfər məhkum azadlığa buraxılıb.
Azadmedia.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu günə qədər ümumilikdə Penitensiar Xidmət üzrə 101 nəfər məhkuma Amnistiya Aktı şamil olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.