AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

RUSLAN ƏLİYEV: “MƏNƏ TƏŞƏKKÜR ETMƏK LAZIM DEYİL. TƏKİ, SİZ RAHAT OLUN”

  • + A
  • - A
  • 26-11-2021, 15:49


    “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Birlikdə çalışan, valideyn himayəsindən kənarda - internatda böyüyən əməkdaşlarla görüşüb. Baş direktor onların iş şəraiti ilə yanaşı, mövcud vəziyyətləri ilə də yaxından maraqlanıb. Görüşdə xüsusi diqqətə ehtiyacı olan əməkdaşlara problem və təkliflərini səsləndirməyə imkan yaradılıb. Birliyin rəhbəri onların daha çox təhsilə köklənmələrini tövsiyə edib və bu yöndə lazımi dəstəyin veriləcəyinə söz verib. İş prosesində qadınların hüquqlarının qorunmasının vacibliyini bildirən baş direktor, bu xüsusda valideyn himayəsindən kənarda yaşamış qadın əməkdaşlara xüsusi diqqətin yetirildiyini bildirib. Ruslan Əliyev görüşdə iştirak edən əməkdaşları əmin edib ki, onlara görə istənilən təşkilata müraciət etməyə, gələcək həyatlarının təmin edilməsi istiqamətində bütün imkanlarını səfərbər etməyə hazırdır. Təki, onlar işində məsuliyyətli və davamiyyətli olsunlar. Görüşdə iştirak edənlər dəstəyə görə baş direktora təşəkkür ediblər. Birliyin rəhbəri: “Mənə təşəkkür etmək lazım deyil. Təki, siz rahat olun”- deyib.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR