AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azəriqaz” İB-nin rəhbərliyi vətəndaş qəbulu keçirib

  • + A
  • - A
  • 21-05-2021, 15:41


    “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Ağdam rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Tərtər rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov isə Füzuli rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.
    Qəbulda qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və s. müraciətlər ünvanlanıb. Qaldırılan məsələlərin həllinə dair baş direktor və müavinləri Tərtər Regional qaz istismarı İdarəsinin məsul əməkdaşlarına müvafiq tapşırıqlarını veriblər.
    Baş direktor onlayn görüşdə diqqətə çatdırıb ki, artıq bir çox şəhər və rayonlarda genişlənmiş ərazilərdə paylayıcı qaz xətləri çəkilir. Bu isə yeni tikilən fərdi yaşayış evlərinin qaz təminatı üçün əlverişli haldır. R.Əliyev bildirib ki, bu işlər əksər hallarda vətəndaşlardan daxil olan müraciətlər əsasında həyata keçirilir.
    Onu da qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün “Facebook” sosial şəbəkəsi üzərindən növbəti birbaşa yayımı da təşkil edib. Vətəndaşlardan gələn müraciətlər cavablandırılıb, bir qismi isə araşdırılması üçün qeydiyyata götürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR