AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xaricdə yaşamaqla alimentdən qaçmağa çalışanlara qarşı nə etmək lazımdır? - Rəsmi

  • + A
  • - A
  • 17-12-2021, 08:49


    İstər statistikaya baxanda, istərsə də redaksiyaya daxil olan şikayətlərlə tanış olanda görürük ki, bəzi borcluların xaricdə yaşaması aliment ödənməsinin icrasında çətinliklər yaradır. Əksər aliment verməli atalar ölkə xaricində yaşadıqları üçün aliment məsuliyyətindən kənarda qalmağı bacarır. Belə halda tələb edən tərəf nə etməlidir?
    Bu sualla Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin analitik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədovaya facebook üzərindən yayımlanan canlı yayımda müraciət etdik.
    Azadmedia.az Kəmalə xanımın cavabını təqdim edir:
    "Sənədlər icraya daxil olduqdan sonra borclunun yaşayış yeri müəyyən olunmadıqda həmin borcluların axtarışları ilə bağlı icra məmurunun qərarı ilə tədbirlər görülür. Təbii ki, ölkə ərazisində polis orqanları tərəfindən axtarışlar aparılır. Bu axtarış nəticə vermədikdə dövlətlərarası axtarışla bağlı müraciət olunur. Tələbkarlar da bilməlidir ki, xarici dövlətdə yalnız cinayət işləri ilə əlaqədar saxlanılma və təhvil verilmə həyata keçirilir.
    K.Əhmədova mülki işlərlə əlaqədar borcluların saxlanılması və təhvil verilməsinin həyata keçirilmədiyini qeyd edib:
    “Dövlətlərarası axtarışa verilsə belə, yalnız həmin dövlətlərin polis orqanları tərəfindən bu şəxslərin yerinin müəyyən olunması ilə bağlı tədbirlər həyata keçirilir və bizə məlumat verilir. Biz də tələbkara deyirik ki, həmin dövlətin məhkəmələrinə müraciət etsin. Təbii ki, məhkəməyə müraciətdən sonra beynəlxalq əməkdaşlıq vasitəsilə həmin ölkənin ərazisində qərarın icra olunması ilə bağlı tələb verilir”.
    Elnurə Abuşova
    Alimentlə bağlı bütün suallara linkə daxil olmaqla cavab ala bilərsiniz.
    https://fb.watch/9XQUjd3HeU/


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR